Azərbaycan Dövlət İnformasiya Agentliyi

İki mina partlayışından sağ çıxan istehkamçı: Uşaqlara dedim ki, niyə baxırsınız, gəlin kömək edin

11.11.2026 [16:04]

Xəbərin mətni

Mühəndis-istehkamçı Əkbərov İntiqam İlqar oğlu Vətən müharibəsi zamanı ən təhlükəli tapşırıqları yerinə yetirən hərbi qulluqçulardan olub. Minalanmış ərazilərdə keçidlərin açılması, düşmənin basdırdığı ölüm saçan partlayıcıların zərərsizləşdirilməsi onun və döyüş yoldaşlarının əsas vəzifəsi idi. 2020-ci il noyabrın 16-da isə Zəngilanın Ağbənd kəndində minaya düşərək ağır sınaqla üzləşib. Bir-birinin ardınca baş verən iki partlayışdan sağ çıxan istehkamçı həmin günü və döyüş yollarını AZƏRTAC-la bölüşüb.