Azərbaycan Dövlət İnformasiya Agentliyi

Son günlər zəhərlənmə hallarının sayı artıb

22.04.2025 [19:39]

Aprel ayının ortalarından başlayaraq ölkə üzrə zəhərlənmə hallarında artım müşahidə olunur. Statistikaya əsasən, 2025-ci ilin I rübündə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə zəhərlənmə səbəbi ilə 297 nəfər qəbul edilib. Bu da keçən ilin eyni dövrü ilə müqayisədə təxminən 16%-lik artım deməkdir. Son günlər xüsusilə də, qidadan zəhərlənmə halları artıb.