Azərbaycan və Çin arasında hansı mühüm sənədlər imzalandı?
23.04.2025 [19:11]
Prezident İlham Əliyevin Çin Xalq Respublikasına səfəri və bu çərçivədə iki ölkə arasında müxtəlif sahələri əhatə edən sənədlərin imzalanması ikitərəfli münasibətlərdə tarixi dönüş nöqtəsidir. Ötən il Astanada Azərbaycan və Çin liderlərinin qəbul etdiyi strateji tərəfdaşlıq haqqında Bəyannamənin qəbulundan sonra bu dəfə liderlərin hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanatı imzalaması Azərbaycan ilə Çin arasında münasibətləri yeni mərhələyə qaldırdı.