Azərbaycan Prezidenti İlham Əliyev Ümumçin Xalq Nümayəndələri Yığıncağının Daimi Komitəsinin Sədri ilə görüşüb
23.04.2025 [20:42]
Xəbərin mətni
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 23-də Çin Xalq Respublikasının Ümumçin Xalq Nümayəndələri Yığıncağının Daimi Komitəsinin Sədri Cao Lıci ilə görüşüb. AZƏRTAC xəbər verir ki, Cao Lıci Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın davamlı inkişafını, beynəlxalq səviyyədə nüfuzunun artmasını, iqtisadi sahədə qazandığı nailiyyətləri, əhalinin rifah halının yaxşılaşdığını məmnunluqla qeyd etdi. Bildirdi ki, Çinlə Azərbaycan arasındakı əlaqələr səmimi dostluq və strateji tərəfdaşlıq münasibətləridir. O, iki ölkənin liderlərinin səyləri sayəsində bu gün əlaqələrimizin öz tarixinin ən yüksək inkişaf dövrünü yaşadığını dedi.