Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ramil İskəndərli: Azərbaycanın Qlobal Cənubun səsini dünyaya çatdırmaq uğrunda atdığı addımlar qürurvericidir

28.04.2025 [18:34]

Xəbərin mətni

Azərbaycanın Qlobal Cənubun səsini dünyaya çatdırmaq uğrunda atdığı addımlar olduqca qürurvericidir. Çünki hazırda hər kəs dünyada baş verən mühüm dəyişikliklərin canlı şahididir. AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun İdarə Heyətinin sədri Ramil İskəndərli aprelin 28-də Bakıda keçirilən “Həmrəy fəaliyyət: yeni və ədalətli dünya üçün Qlobal Cənub QHT-lərinin gücləndirilməsi” adlı Forumda çıxışı zamanı səsləndirib.