Bakıda "İctimai proseslər media müstəvisində" mövzusunda forumun açılış mərasimi keçirilib
02.05.2025 [19:18]
Xəbərin mətni
Mayın 2-də Bakıda Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə "İctimai proseslər media müstəvisində" mövzusunda forumun açılış mərasimi keçirilib. Forumun keçirilməsində məqsəd medianın maarifləndirici funksiyasının və ictimai rəyin formalaşmasında proaktiv həssas rolunun artırılması, mediadan müxtəlif aktual məsələlərə qarşı mübarizədə düzgün istifadə, həssas məlumatların cəmiyyətə müəyyən prinsiplərə uyğun şəkildə ötürülməsi, media, dövlət qurumları və digər tərəflər arasında koordinasiyanın təkmilləşdirilməsidir.