Bakıda "Dildə, fikirdə, əməldə birlik – Türk dünyasının gələcəyi" mövzusunda panel iclas keçirilib
03.05.2025 [21:14]
Xəbərin mətni
Bakıda Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin təşkilatçılığı ilə "Dildə, fikirdə, əməldə birlik – Türk dünyasının gələcəyi" mövzusunda panel iclas keçirilib. AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən 3 May – Türkçülük Gününə həsr edilən tədbirdə Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin nümayəndələri iştirak ediblər.