Azərbaycan Dövlət İnformasiya Agentliyi

Yağış Naxçıvanda yol infrastrukturuna ziyan vurub

05.05.2025 [12:16]

Xəbərin mətni

Ötən gün axşam saatlarından başlayaraq yağan intensiv yağışlar nəticəsində Şahbuz rayonunun Badamlı qəsəbə və Türkeş kəndində, eləcə də Ordubadın Üstüpü, Çənnəb, Parağa və Biləv yaşayış məntəqələrində yol infrastrukturuna ziyan dəyib.