Azərbaycan Dövlət İnformasiya Agentliyi

Teymur Musayev: Aparılan islahatlar əczaçılıq sənayesinin inkişafı üçün geniş imkanlar açır

05.05.2025 [15:27]

Xəbərin mətni

“Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununa edilən dəyişikliklərə əsasən, dərman vasitələrinin dövlət qeydiyyatı məqsədilə aparılan ixtisaslaşdırılmış ekspertizanın müddəti 90 təqvim gününədək azaldılıb. Bu fikirləri Bakıda keçirilən “Azərbaycan əczaçılıq sənayesi: dünən, bu gün və sabah” adlı beynəlxalq tədbirdə Azərbaycanın səhiyyə naziri Teymur Musayev səsləndirib.