Azyaşlılar arasında yayılan xəstəliyin əlamətləri nələrdir?
06.05.2025 [19:37]
Son günlər uşaqlar arasında yüksək qızdırma, halsızlıq və boğaz ağrısı ilə müşahidə olunan xəstəlik yayılıb. Mütəxəssislər bunu virus infeksiyaları və bakteriyalar ilə əlaqələndirirlər. Səhiyyə Nazirliyinin Kübra Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun pediatrı Aygün Məmmədova bildirir ki, uşaqlarda müşahidə olunan bu kimi halların səbəbinin daha çox “Streptokokk-A” bakteriyası olması ehtimal edilir.