Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevin parlaq xatirəsini böyük ehtiramla anır

10.05.2025 [11:12]

Xəbərin mətni

Bu gün müasir müstəqil Azərbaycanın memarı və qurucusu, dünyaşöhrətli siyasi xadim Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü tamam olur. Səhər saatlarından başlayaraq müxtəlif idarə və müəssisələrin, təhsil ocaqlarının kollektivləri, hərbçilər, Qarabağ müharibəsinin veteranları, paytaxt sakinləri Fəxri xiyabana gələrək Ulu Öndərin məzarını ziyarət edir, ruhu qarşısında baş əyirlər.