Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ermənistan Hindistan istehsalı silahların əsas alıcısına çevrilib

12.05.2025 [17:10]

Xəbərin mətni

Hindistan iyul ayında Ermənistana "Akaş" zenit-raket komplekslərinin ikinci partiyasını göndərəcək. Bu barədə Hindistan mətbuatı məlumat yayıb. Bildirilir ki, 2022-ci ildə Ermənistan Hindistanla təxminən 710 milyon dollar dəyərində 15 “Akaş” raket kompleksinin alınmasına dair müqavilə imzalayıb və bu raket sistemini alan ilk xarici ölkə olub. Ötən ilin noyabr ayında ilk sistemlər İrəvana göndərilib. Sürətli silahlanma kampaniyası həyata keçirən İrəvanın idxal etdiyi silahların böyük qismi Hindistan istehsalıdır.