“Azerbaijan Coca-Cola Bottlers” MMC-nin İsmayıllıda yeni istehsal müəssisəsi açılıb
26.05.2025 [16:47]
Xəbərin mətni
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 26-da “Azerbaijan Coca-Cola Bottlers” MMC-nin İsmayıllıda yeni istehsal müəssisəsinin açılışında iştirak edib. AZƏRTAC bildirir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov, Türkiyənin “Anadolu Grubu”nun İdarə Heyətinin fəxri sədri Tuncay Özilhan və “Azerbaijan Coca-Cola Bottlers” MMC-nin baş direktoru Rəna Məmmədova dövlətimizin başçısına müəssisə barədə məlumat verdilər.