Nazir müavini: Uşaq yaradıcılıq festivalı türk xalqları arasında dostluq əlaqələrini möhkəmləndirir
01.06.2025 [17:01]
Xəbərin mətni
Şuşada üçüncü ildir ki, keçirilən beynəlxalq uşaq yaradıcılıq festivalının türk xalqları uşaqları arasında dostluq əlaqələrinin möhkəmləndirilməsində böyük əhəmiyyəti var. Bunu elm və təhsil nazirinin müavini Firudin Qurbanov Şuşada AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında deyib.