Emin Əmrullayev: İşğaldan azad olunmuş ərazilərdə bu il yeni məktəblər istifadəyə veriləcək
02.06.2025 [16:25]
Xəbərin mətni
Qarabağ Universiteti birinci tədris ilini uğurla başa vurur və ikinci tədris ilinə hazırlıqlar davam edir. Növbəti tədris ilində Qarabağ Universitetinə daha çox tələbə qəbulu gözlənilir. Bunu elm və təhsil naziri Emin Əmrullayev Qarabağ Universitetində keçirilən Qarabağ Təhsil və Tərəfdaşlıq Forumu çərçivəsində AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında bildirib.