Azərbaycan milli geyimi Parisdə nümayiş olunub
02.06.2025 [23:00]
Xəbərin mətni
Paris yaxınlığındakı Monfermey (Montfermeil) komunasında “Mədəniyyətlər və Yaradıcılıq” (Cultures & Création) adlı moda nümayişinin 20 illiyi qeyd olunub. AZƏRTAC xəbər verir ki, moda nümayişində Azərbaycanın milli geyimi də təqdim olunub. “LVMH” (Moët Hennessy Louis Vuitton) və “LİVE” assosiasiyasının sponsorluğu ilə keçirilmiş dəfilədə Azərbaycan milli geyimini Adela Naibova təqdim edib.