Heydər Əliyev Sarayında Opera Günlərinin açılış mərasimi keçirilib
06.06.2025 [21:46]
İyunun 6-da Heydər Əliyev Sarayında Bakıda ilk dəfə keçirilən Opera Günlərinin açılış mərasimi olub.
AZƏRTAC-a açıqlamasında Əməkdar artist Ramil Qasımov layihənin məqsədindən danışıb. O bildirib ki, Azərbaycanda opera ənənələrini davam etdirmək prioritet məsələlərdəndir.