ÇXR-in səfiri: Pekin Azərbaycanın 4-cü ən böyük ticarət tərəfdaşı mövqeyini möhkəm saxlayır
10.06.2025 [15:04]
Xəbərin mətni
İkitərəfli praqmatik əməkdaşlıq fəal şəkildə dərinləşməkdə davam edir. Azərbaycan tərəfinin məlumatına görə, bu ilin yanvar-aprel aylarında ikitərəfli ticarətin həcmi yüksək dinamika tendensiyasını saxlamaqla 1,4 milyard dollara çatıb ki, bu da təxminən 37 faiz artıma uyğundur. Bu barədə iyunun 10-da Bakıda birinci dəfə qeyd olunan Beynəlxalq Sivilizasiyalararası Dialoq Gününə həsr olunmuş brifinqdə Çinin Azərbaycandakı səfiri Lu Mey bildirib.