Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ağsuda Şıxməzid xanəgah kompleksində arxeoloji qazıntılar - yeni tarixi faktlar üzə çıxıb

12.06.2025 [21:17]

Xəbərin mətni

Ağsu şəhərinin şimalında yerləşən Şıxməzid xanəgah kompleksində aparılan arxeoloji qazıntılar nəticəsində mühüm elmi nəticələr əldə olunub. Qazıntılar AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun 2025-ci il üzrə çöl tədqiqat planına uyğun olaraq həyata keçirilir. Tədqiqatlara institutun şöbə müdiri, tarix elmləri doktoru, professor Qafar Cəbiyevin rəhbərliyi ilə Ağsu arxeoloji ekspedisiyası nəzarət edir.