Metin Yener: İğdır-Naxçıvan qaz kəməri Azərbaycanla Türkiyə arasında münasibətləri daha da möhkəmləndirdi
16.06.2025 [18:18]
Xəbərin mətni
İğdır–Naxçıvan təbii qaz kəməri layihəsinin paralel auditi Türkiyənin Hesablama Məhkəməsi ilə Azərbaycanın Hesablama Palatası tərəfindən birgə fəaliyyət nəticəsində həyata keçirildi. Bu işlərə ötən il İğdırda bir protokolun imzalanması ilə başladıq və birillik zaman içərisində hər iki qurum işləri uğurla yerinə yetirdi. Bu sözləri Naxçıvanda keçirilən İğdır–Naxçıvan qaz boru kəməri üzrə paralel auditin yekun hesabatlarının təqdimatı mərasimindən sonra jurnalistlərə müsahibəsində Türkiyənin Hesablama Məhkəməsinin sədri Metin Yener deyib.