Birinci rübdə Azərbaycan iqtisadiyyatına olan birbaşa xarici investisiyanın həcmi açıqlanıb
19.06.2025 [13:30]
Xəbərin mətni
Cari ilin birinci rübündə Azərbaycan iqtisadiyyatına 1,5 milyard dollar birbaşa xarici investisiya yatırılıb. Bu sözləri Azərbaycan Mərkəzi Bankının (AMB) Statistika departamentinin direktoru Samir Nəsirov cari ilin birinci rübü üzrə tədiyə balansının təqdimatına dair keçirilən brifinqdə çıxışı zamanı deyib.