Azərbaycan Dövlət İnformasiya Agentliyi

ABA: Bankların aktivləri 80 faiz artıb

23.06.2025 [12:51]

Xəbərin mətni

Son 7 ildə ölkədə bankların aktivləri 80 faiz artaraq ötən ilin sonuna 53 milyard manat, kredit portfeli isə 125 faiz və yaxud 2,3 dəfə artaraq 29,3 milyard manat təşkil edib. Bunu Azərbaycan Banklar Assosiasiyası İctimai Birliyinin prezidenti Zakir Nuriyev I Beynəlxalq Kredit Hesabatlılığı Konfransında bildirib.