ADA Universitetində 8-ci Beynəlxalq Təhsil Konfransı keçirilir
24.06.2025 [20:42]
Xəbərin mətni
İyunun 24-də ADA Universiteti və Elm və Təhsil Nazirliyinin birgə tərəfdaşlığı ilə 8-ci ADA Beynəlxalq Təhsil Konfransının rəsmi açılışı baş tutub. AZƏRTAC xəbər verir ki, “Formal təhsil hüdudlarından kənar: sürətlə dəyişən dünya ilə ayaqlaşan təhsilə doğru” mövzusuna həsr olunmuş builki konfrans təhsil sahəsində innovativ yanaşmaların müzakirəsi üçün geniş platforma yaradıb.