“8 Noyabr” Elektrik stansiyası ölkəmizin enerji həyatına nələr qatacaq?
25.06.2025 [17:43]
Azərbaycanın enerji sektorunda müstəqillik dövründə həyata keçirilən ən böyük layihələrdən biri “8 Noyabr” Elektrik Stansiyası 1880 meqavatlıq ümumi gücü ilə diqqət çəkir. Bu stansiyanın istismara verilməsi ölkənin enerji potensialının əhəmiyyətli dərəcədə artmasına, enerji təhlükəsizliyinin daha da möhkəmlənməsinə və iqtisadi inkişafın sürətlənməsinə mühüm töhfə verir.