Azərbaycan Dövlət İnformasiya Agentliyi

Fərid Məmmədov: Avropa Oyunlarının bağlanış mərasimində himnimizi oxumaq qürurverici idi

08.07.2015 [15:29]

Bir qrup sənətçimiz “Bakı 2015” Avropa Oyunlarının bağlanış mərasimində dövlət himnimizi səsləndirib. Bakı Olimpiya Stadionunda keçirilən bağlanış mərasimində səhnəyə çıxan sənətçilər arasında Fərid Məmmədov da olub. AZƏRTAC-a müsahibəsində müğənni mərasimdəki ifasından danışıb.