Şəki “İpək yolu” XIV Beynəlxalq Musiqi Festivalına start verilib
04.07.2025 [19:39]
Xəbərin mətni
İyulun 4-də Azərbaycanın qədim sənət və mədəniyyət mərkəzlərindən olan Şəkidə növbəti musiqi bayramına - Şəki “İpək yolu” XIV Beynəlxalq Musiqi Festivalına start verilib. Mədəniyyət Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqı və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə reallaşan və üç gün davam edəcək musiqi festivalında Azərbaycan, Türkiyə və Çinin tanınmış musiqi kollektivləri, istedadlı musiqiçilər iştirak edirlər.