Hesablama Palatasının sədri: Regional və beynəlxalq əməkdaşlıq istiqamətində səylərimizi davam etdirəcəyik
18.07.2025 [13:34]
Xəbərin mətni
Ali Audit Orqanları Asiya Təşkilatının (ASOSAI) və Ali Audit Orqanları Ərəb Təşkilatının (ARABOSAI) eyni platformada qarşılıqlı əməkdaşlıq ruhunda bir araya gəlməsi regional əməkdaşlığın gücləndirilməsi, o cümlədən ali audit orqanları arasında təcrübə mübadiləsinin genişləndirilməsi baxımından olduqca əhəmiyyətlidir. AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədov ASOSAI və ARABOSAI-nın Bakıda keçirilən birgə toplantısındakı çıxışı zamanı deyib.