Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ali məktəblərdə ixtisasların yeni təsnifatı təsdiqlənib

25.07.2025 [12:00]

Xəbərin mətni

Ali məktəblərdə ixtisasların yeni təsnifatı təsdiqlənib. Magistratura səviyyəsində ixtisaslar tamamilə yenilənib. Yeni tədris ili üçün əmək bazarının tələblərinə uyğun şəkildə, işəgötürənlərlə birgə yeni ixtisas proqramları hazırlanıb və bu proses hazırda davam edir. Beləliklə, artıq yenilənmiş təsnifata uyğun ixtisasları görməkdəyik. AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə müsahibəsində elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli məlumat verib.

BÖLMƏNİN DİGƏR VİDEOLARI