Qəbələ festivalında Bakı Musiqi Akademiyasının tələbələri çıxış ediblər
27.07.2025 [13:08]
Xəbərin mətni
XIV Qəbələ Beynəlxalq Musiqi Festivalı üçüncü gündür ki, musiqisevərləri, şəhərin qonaqlarını maraqlı konsert proqramları ilə sevindirir. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, festival çərçivəsində iyulun 26-da Qəbələ şəhərindəki Heydər Əliyev Konqres Mərkəzində tamaşaçılara növbəti konsert proqramı təqdim olunub.