Azərbaycan Dövlət İnformasiya Agentliyi

Samir Məmmədov: Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin “Cyberpark” layihəsi çərçivəsində iki startap fəaliyyət göstərir

30.07.2025 [11:40]

Xəbərin mətni

2023-cü ildə Azərbaycan Kibertəhlükəsizlik Mərkəzini (AKM) təsis edərkən ölkəmizin strateji hədəflərindən birini əsas götürmüşdük - kibertəhlükəsizlik sahəsində ölkəmizi güclü kadr potensialı ilə təmin etmək. Bu gün əminliklə deyə bilərik ki, Mərkəz son bir neçə ildə bu missiyanın öhdəsindən layiqincə gəlib - 380 nəfər Mərkəzdən məzun olub və onların 74 faizi işlə təmin edilib. AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov bu gün Bakıda keçirilən “Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin” növbəti məzun günündə çıxış edərkən deyib.