Azərbaycan Dövlət İnformasiya Agentliyi

Nazir: Azərbaycan qida sistemlərinin transformasiyası istiqamətində qlobal səyləri dəstəkləyir

31.07.2025 [19:53]

Xəbərin mətni

Efiopiyanın paytaxtı Əddis-Əbəbə şəhərində BMT-nin Qida Sistemləri üzrə II Sammiti (UNFSS+4) işə başlayıb. Tədbirə təşkilata üzv ölkələrin dövlət və hökumət başçıları, ekologiya və kənd təsərrüfatı üzrə nazir və nazir müavinləri, o cümlədən ətraf mühit və qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən digər yüksəksəviyyəli rəsmiləri, beynəlxalq təşkilatların nümayəndələri qatılıblar. Kənd Təsərrüfatı Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, tədbir çərçivəsində Nazirlərin Yüksək Səviyyəli Toplantısında çıxış edən Məcnun Məmmədov artan çağırışlar fonunda bəşəriyyətin gələcəyi üçün qida sistemlərinin transformasiyasının mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib.

BÖLMƏNİN DİGƏR VİDEOLARI