Nazir müavini: Son 4 il ərzində ölkədə yüksəksürətli internetə çıxış imkanı yaradılmış təsərrüfatların sayı 13 dəfə artıb
20.08.2025 [12:15]
Xəbərin mətni
Qloballaşan dünya iqtisadiyyatında innovasiya hər bir ölkənin rəqabət üstünlüyü və milli iqtisadiyyatını gücləndirmək üçün strateji istiqamət olaraq qəbul edilir. Belə ki, innovativ sahibkarlıq yeni iş yerləri yaradır, texnoloji yeniliyi gətirməklə biznesi daha səmərəli edir, əmək bazarında müasir peşələrə tələbi artırır, ümumilikdə iqtisadiyyatın şaxələnməsini sürətləndirir və buna paralel olaraq ölkəyə xarici investisiya axınını stimullaşdırır. Bu barədə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov regionlarda həyata keçirilən innovasiya proqramının yekun təqdimat mərasimində deyib.