Azərbaycan Dövlət İnformasiya Agentliyi

Samir Məmmədov: Son üç ildə İRİA tərəfindən 600-dən çox startap dəstəklənib

20.08.2025 [12:17]

Xəbərin mətni

Son illərdə ölkəmizin innovasiya ekosistemində genişmiqyaslı işlər görülüb. İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) dəstəyi ilə son 3 ildə müxtəlif inkubasiya və akselerasiya proqramları, hakatonlar və ideatonlar təşkil edilib. Bu çərçivədə 600-dən çox startap dəstəklənib və onların əhəmiyyətli bir hissəsi – 275-dən çoxu minimum işlək məhsul mərhələsinə qədər inkişaf edib. Bu barədə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov regionlarda həyata keçirilən innovasiya proqramının yekun təqdimat mərasimində deyib.

BÖLMƏNİN DİGƏR VİDEOLARI