“Mələk investorlar”ın yatırımlarının cəlb olunması istiqamətində davamlı tədbirlər həyata keçirilir
20.08.2025 [12:47]
Xəbərin mətni
Ölkəmizdə innovasiya ekosisteminin formalaşdırılması üçün bir neçə mühüm element var. Bunlardan da biri məhz startapların rahat maliyyələşmə alətləri ilə təmin olunması və müvafiq maliyyələşmə resurslarına çıxışının asanlaşdırılmasıdır. Bu barədə jurnalistlərə açıqlamasında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri Fərid Osmanov deyib.