Agentlik sədri: Startaplar dünya üzrə vençur kapitalının böyük qismini özünə cəlb edə bilir
20.08.2025 [12:51]
Xəbərin mətni
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi olaraq ekosistem quruculuğuna olan yanaşmamızın mərkəzində startaplar durur. Qlobal təcrübə də sübut edir ki, məhz onlar innovasiyanın aparıcı gücüdür. Startaplar dünya üzrə vençur kapitalının böyük qismini özünə cəlb edə bilir. Misal üçün, təkcə 2024-cü ildə Amerika Birləşmiş Ştatlarında vençur investisiyalarının ümumi həcmi 209 milyard dollar təşkil edib və bu məbləğdən 190 milyardı məhz startaplara yatırılıb. Bu barədə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri Fərid Osmanov regionlarda həyata keçirilən innovasiya proqramının yekun təqdimat mərasimində deyib.