Azərbaycan Dövlət İnformasiya Agentliyi

Fərid Osmanov: İnnovasiya bir şəhərə bağlı olmamalıdır

20.08.2025 [12:52]

Xəbərin mətni

İnnovasiya bir şəhərə və ya mərkəzə bağlı olmamalıdır. Bu gün ölkəmizin hər yanında yaradılmış güclü rəqəmsal infrastruktur innovativ düşüncəli icmaların böyüməsi üçün real imkanlar yaradır. İnnostart layihəsinin də məqsədi bu potensialı reallaşdırmaq, innovativ yanaşması ilə öz bölgəsinin iqtisadiyyatına müsbət töhfə vermək istəyən startapları dəstəkləməkdir. Bu barədə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri Fərid Osmanov regionlarda həyata keçirilən innovasiya proqramının yekun təqdimat mərasimində deyib.