32 il sonra bu tarixdə ilk qatar yola düşür
27.08.2025 [18:09]
Xəbərin mətni
Sonuncu dəfə 1993-cü ildə hərəkət edən qatar yenidən işə düşür, amma bu dəfə daha tez və müasir. Uzun illərin həsrətindən sonra dəmir yolları Ağdama doğru yenidən uzanır. Belə ki, 30 avqust tarixindən Bakı-Ağdam-Bakı marşrutu üzrə sərnişin daşımalarına start verilir. Sərnişinlərə standart, standart+, biznes və birinci siniflər üzrə səyahət imkanları təklif olunacaq. 32 il öncə 8 saat yarıma qət etdiyimiz yolu indi 4 saat yarıma qət edəcəyik.