“Nəsimi dastanı” baleti Nəsimi festivalında yeni quruluşda təqdim olunacaq
03.09.2025 [15:28]
Xəbərin mətni
Sentyabrın 23-dən 25-dək Bakı və Şamaxıda keçiriləcək III Nəsimi - şeir, mənəviyyat və incəsənət festivalı bir sıra özəlliklərlə də yadda qalacaq. Orta əsr Şərqinin ən böyük şairlərindən olan İmadəddin Nəsiminin zəngin fəlsəfi və ədəbi irsinin elmi müzakirələr, müxtəlif mədəni-bədii layihələr vasitəsilə qeyd olunacağı festival həm də tamaşa və balet premyeraları ilə də tamaşaçıları sevindirəcək.