Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şahin Əliyev: ICPC Dünya Finalı Azərbaycanda startapların sayının artmasına töhfə verəcək

04.09.2025 [16:53]

Xəbərin mətni

Azərbaycanda startapların sayının artması Beynəlxalq Universitetlərarası Proqramlaşdırma Müsabiqəsinin (ICPC) 49-cu Dünya Finalı kimi nüfuzlu yarışların təşkili ilə əlaqədardır. AZƏRTAC xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) sədr müavini Şahin Əliyev Bakıda keçirilən ICPC Dünya Finalı 2025-ə həsr olunmuş mətbuat konfransında deyib.