Azərbaycan Dövlət İnformasiya Agentliyi

Rəis müavini: Rəqəmsallaşma ilə bağlı dövlət informasiya sistemlərində həyata keçirilən yeniləmələr özləri ilə bərabər yeni təhlükəsizlik riskləri də yaradır

05.09.2025 [12:41]

Xəbərin mətni

Vətəndaşların fərdi məlumatlarının qorunması, xüsusən də məlumatlara sanksiyasız giriş imkanları ilə bağlı XRİTDX tərəfindən bu ilin birinci yarısında 34 dövlət informasiya sistemində fərdi məlumatların əldə edilməsinə və toplanmasına imkan verən 62 boşluq aşkarlanıb. Bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) rəis müavini Allahverən İsmayılov “Dövlət Qurumları İnformasiya Təhlükəsizliyi Rəhbərlərinin 6-cı Zirvə toplantısı”nda çıxışı zamanı deyib.