Nazir: İşğaldan azad edilmiş ərazilərdə 7 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir
11.09.2025 [14:37]
Xəbərin mətni
İşğaldan azad edilmiş ərazilərdə 7 məktəbəqədər təhsil müəssisəsində 243 uşaq cəlb edilib. Bu müəssisələrdə təlim-tədris prosesində 82 nəfərlik heyətimiz var. Bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair keçirdiyi brifinqdə söyləyib.