11 sentyabr hadisələri - Azərbaycan antiterror fəaliyyətində ABŞ-a dəstək verən ilk ölkələrdəndir
11.09.2025 [17:27]
Xəbərin mətni
Amerika Birləşmiş Ştatlarında 2001-ci il sentyabrın 11-də baş vermiş terror aktından 24 il keçir. Həmin gün “Əl-Qaidə” terror təşkilatının üzvləri dörd sərnişin təyyarəsini ələ keçirərək Nyu-York, Vaşinqton və Pensilvaniyaya hücum etdilər. İki təyyarə Nyu-Yorkda yerləşən Dünya Ticarət Mərkəzinin qüllələrinə çırpıldı, üçüncü təyyarə Vaşinqtonda Pentaqonun binasının bir hissəsini dağıtdı, dördüncü təyyarə isə Pensilvaniyada “missiyasını” yerinə yetirə bilmədi. Terror hücumları nəticəsində təxminən 3 min nəfər öldü, 6 mindən çox insan xəsarət aldı. Həmin gün Birləşmiş Ştatların tarixində ən faciəli günlərdən biri hesab olunur.