Azərbaycan Dövlət İnformasiya Agentliyi

Roland Brays: Dünya Bankı Azərbaycanın Orta Dəhlizlə bağlı həyata keçirdiyi təşəbbüsləri dəstəkləyir

22.09.2025 [16:19]

Xəbərin mətni

Dünya Bankı Azərbaycanın Orta Dəhlizlə bağlı həyata keçirdiyi təşəbbüsləri dəstəkləyir. Dəhliz nəqliyyat baxımından Asiya ilə Avropanı birləşdirir ki, bu da regionların inkişafına xidmət edir. Bu sözləri Dünya Bankının regional direktoru Roland Brays Bakıda keçirilən 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun panel müzakirəsində çıxışı zamanı deyib.