AYNA-nın İdarə Heyətinin sədri ödənişli yollar barədə danışdı
22.09.2025 [17:33]
Ödənişli zonalar məsələsi yeni bir məsələ deyil, digər ölkələrdə də bu var. Bu, o yerlərdə tətbiq olunur ki, vəziyyəti nə parklanma ilə idarə etmək mümkün olsun, nə də bağlamaq ilə. Bu sözləri Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşınması sahəsinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Fərmandan irəli gələn məsələlərə həsr edilən brifinqdə çıxışı zamanı deyib.