Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bahar Muradova BMT-də Türkiyənin təşkilatçılığı ilə yan tədbirdə çıxış edib

23.09.2025 [13:01]

Xəbərin mətni

Dünya mürəkkəb və çoxşaxəli böhranlarla üz-üzədir. Silahlı münaqişələr, iqlim dəyişiklikləri, sürətli urbanizasiya və rəqəmsal təhlükələr cəmiyyətlərin sabitliyini sarsıdır. Bu sözləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Qadınlara dair Dördüncü Dünya Konfransının otuzuncu ildönümünə həsr olunmuş BMT Baş Assambleyasının Yüksək Səviyyəli İclası çərçivəsində Türkiyənin təşkil etdiyi və Azərbaycanın bir sıra ölkələrlə birgə həmtəşkilatçı olduğu “Birlikdə daha güclüyük: Ailədən qaynaqlanan qlobal həmrəylik” mövzusunda yan tədbirdə çıxışı zamanı deyib.