Belarusun idman və turizm nazirinin müavini: Azərbaycanın qonaqpərvərliyinə və istənilən idman tədbirini keçirmək imkanlarına bir daha əmin olduq
01.10.2025 [14:12]
Xəbərin mətni
Azərbaycanda təşkil edilən III MDB Oyunlarında çox yaxşı infrastruktur var. Sizə böyük təşəkkür düşür. Bu cür şərait üçün minnətdarlığımızı bildiririk. Bu sözləri Belarusun idman və turizm nazirinin müavini Aleksandr Baraulya Azərbaycanın ilk dəfə ev sahibliyi etdiyi III MDB Oyunları barədə jurnalistlərə açıqlamasında deyib.