Vətən müharibəsinin iştirakçısı: Torpağı qanla, Vətəni isə sevgi ilə qoruyurlar
03.10.2025 [12:56]
Xəbərin mətni
44 günlük Vətən müharibəsi başlayanda mənim üçün qərar vermək çətin olmadı. Həmin gün xəbər yayılan kimi ürəyimdə bir səs dedi ki, sən bu savaşdan kənarda qala bilməzsən. Könüllü olaraq hərbi komissarlığa müraciət etdim və cəbhəyə yollandım. Mənim üçün ən böyük şərəf, ən böyük amal torpaqlarımızın azadlığı uğrunda vuruşmaq idi. Bu sözləri Vətən müharibəsinin iştirakçısı Toğrul Rizvanlı bildirib.