Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bəhruz Nəbiyev: Belə yarışların keçirilməsi çövkən idman növünün inkişafı üçün mühüm rol oynayır

04.10.2025 [16:26]

Xəbərin mətni

Çövkən oyununun bütün dünyaya yayılması, tanıdılması və inkişafı üçün bu cür yarışların keçirilməsi çox mühüm rol oynayır. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri Beynəlxalq Çövkən Federasiyasının prezidenti Bəhruz Nəbiyev III MDB Oyunları çərçivəsində Şəkidə keçirilən yarış zamanı jurnalistlərə açıqlamasında deyib.