Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Wİ-Fİ” quraşdırarkən nələrə diqqət etməliyik?

06.10.2025 [19:05]

Xəbərin mətni

Bu gün bütün evlərdə və iş yerlərində “Wi-Fi”-dan istifadə demək olar ki, həyatımızın əsas hissəsinə çevrilib. Lakin “Wi-Fi” şəbəkəsini quraşdırarkən diqqətli olmağımız və müəyyən təhlükəsizlik qaydalarına əməl etməyimiz vacibdir. Əks halda, şəxsi məlumatlarımız hakerlərin əlinə keçə bilər. Elektron Təhlükəsizlik Xidməti də sözügedən məsələ barədə əhalini ehtiyatlı olmağa çağırır.