Türkiyəli mütəxəssis: Əminəm ki, Azərbaycan yaxın zamanda regionun kibertəhlükəsizlik mərkəzi olacaq
10.10.2025 [11:27]
Xəbərin mətni
Azərbaycanın kibertəhlükəsizlik sahəsində artan potensialı diqqətəlayiqdir. Ölkədə keçirilən beynəlxalq tədbirlər bu istiqamətdə atılan vacib addımların göstəricisidir. Bu barədə müsahibəsində Bakı Konqres Mərkəzində keçirilən “Critical Infrastructure Defence Challenge 2025" (CIDC 2025) sərgisinin iştirakçısı, "KoçSistem-Azərbaycan" şirkətinin texnoloji həllər qrupu rəhbəri Serdar Aydın deyib.